Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişlənib

Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişlənib Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 3 may 2017-ci il tarixli fərmanında dəyişiklik edib.
Daxili siyasət
5 aprel 2022 11:15
Azərbaycanda protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişlənib
İlham Əliyev

Prezident İlham Əliyev “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” 3 may 2017-ci il tarixli fərmanında dəyişiklik edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, sözügedən siyahıya Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi, onun müavinləri, şöbə müdiri, onun müavinləri, sektor müdiri, baş məsləhətçi, böyük məsləhətçi, aparıcı məsləhətçi, məsləhətçi əlavə edilib.

Son xəbərlər

Orphus sistemi