Yuxarı

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur

Eyni zamanda, dövlət başçısının seçilməsi üçün qoyulmuş yaş həddi qaldırılır

Bakı. 18 iyul. REPORT.AZ/ Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur.

"Report"un məlumatına görə, bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər. 

Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi