Yuxarı

Azərbaycanda pivənin pərakəndə satışına cərimə tətbiqi aradan qaldırılıb

İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib

Bakı. 14 oktyabr. REPORT.AZ/ Azərbaycanda pivənin nağd qaydada az miqdarda satılması, o cümlədən satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması üçün tətbiq olunan yüz manat məbləğində cərimə aradan qaldırılıb.

“Report”un məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilib. 

Belə ki, Məcəllənin 450.2 maddəsinə pivə sözü də əlavə edilir. Hazırda qüvvədə olan maddəyə əsasən, tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların (malların) nağd qaydada az miqdarda satılması, belə məhsulların (malların) satış məqsədləri üçün nağd qaydada az miqdarda alınması yüz manat məbləğində cərimə edilir. 

Dəyişikliyə əsasən isə tütün sözündən əvvəl, pivə sözü də əlavə edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi