Azərbaycanda daha bir partiya sədri deputatlığa namizədliyini irəli sürüb

Azərbaycanda daha bir partiya sədri deputatlığa namizədliyini irəli sürüb Deputatlığa namizəd olmaq üçün indiyədək 88 saylı Dairə Seçki Komissiyasına 8 nəfər müraciət edib
Daxili siyasət
22 Sentyabr , 2015 14:39
Azərbaycanda daha bir partiya sədri deputatlığa namizədliyini irəli sürüb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Vətəndaş Birliyi Partiyasının sədri, deputat Sabir Hacıyev yenidən deputatlığa namizədliyini irəli sürüb.

Bu barədə "Report"a S.Hacıyevin hazırda deputat olduğu 88 saylı Göyçay Dairə Seçki Komissiyasının sədri Eldəniz Həmidov məlumat verib. 

O deyib ki, deputatlığa namizəd olmaq üçün indiyədək 88 saylı Dairə Seçki Homissiyasına 8 nəfər müraciət edib, onlardan 5-nə imza vərəqi verilib.

Qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası həmin seçki dairəsindən Ləman Hacıyevanın namizədliyini irəli sürüb.

Bu ilin noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçiriləcək.

1954-cü ildə anadan olan S.Hacıyev 2005-ci ildən deputatdır. 

Son xəbərlər

Orphus sistemi