Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında sərəncam imzalayıb
Daxili siyasət
804
5 Fevral , 2018 11:05
Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib

Bakı. 5 fevral. REPORT.AZ/ Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilib.

Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.

Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.

Son xəbərlər

Orphus sistemi