Azərbaycanda nazirliklərdən birinin regional idarələri ləğv olunur

Azərbaycanda nazirliklərdən birinin regional idarələri ləğv olunur Bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb
Daxili siyasət
16 Aprel , 2015 11:28
Azərbaycanda nazirliklərdən birinin regional idarələri ləğv olunur

Bakı. 16 aprel. REPORT.AZ/ Nazirlər Kabineti "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində ərazi kənd təsərrüfatı idarələrinin yaradılması haqqında" 2002-ci il 20 sentyabr tarixli 146 saylı qərarını ləğv edib.

"Report"un xəbərinə görə, bu barədə qərarı baş nazir Artur Rasi-zadə imzalayıb. Qərarla nazirliyin regional idarələri ləğv olunur. Qərar bu il iyunun 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, hazırda Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycanın doqquz regionunda regional idarələri mövcuddur.

İyunun 1-dən isə nazirliyin hər bir rayonda yerli kənd təsərrüfat idarələri fəaliyyətə başlayacaq.

Son xəbərlər

Orphus sistemi