Azərbaycanda müxalifət partiyası qurultayına YAP-ı dəvət edib

Azərbaycanda müxalifət partiyası qurultayına YAP-ı dəvət edib Partiya sədri: "İstənilən partiya üzvü namizədliyini irəli sürə bilər"
Daxili siyasət
24 May , 2017 16:51
Azərbaycanda müxalifət partiyası qurultayına YAP-ı dəvət edib

Bakı. 23 may. REPORT.AZ/ Vətəndaş və İnkişaf Partiyasının (VİP) mayın 28-də keçirələcək qurultayına hökumət rəsmiləri, ictimai-siyasi şəxslər, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndələri dəvət edilib.

Bu barədə "Report" VİP sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, növbəti dəfə də partiyanı idarə etməyə iddialıdır: "Partiyada hələ ki, sədrliyə namizədliyini irəli sürən şəxs yoxdur. İstənilən partiya üzvü namizədliyini irəli sürə bilər. Burada qadağa yoxdur".

Son xəbərlər

Orphus sistemi