Azərbaycanda mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib

Azərbaycanda mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib
Daxili siyasət
25 Yanvar , 2022 13:25
Azərbaycanda mülki müdafiə planının hazırlanması ilə bağlı iclas keçirilib

Fövqəladə Hallar Nazirliyində Azərbaycanın mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib.

Nazirlikdən "Report"a bildirilib ki, iclas Komissiya sədrinin müavini fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun sədrliyi ilə baş tutub.

İclasda mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın qarşısında duran vəzifələr barədə danışılıb.

İclasda, həmçinin planın hazırlanması ilə əlaqədar Komissiya üzvlərinin təklifləri səsləndirilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və görüləcək tədbirlərin konkret istiqamətləri müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi