Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib

Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib Layihə səsverməyə çıxarılaraq qəbul olunub
Daxili siyasət
20 Oktyabr , 2017 13:06
Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanda “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis edilib.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsi Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalı təsis olunub.
Bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri təltif ediləcəklər.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi