Yuxarı
    Bağlamaq

    Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyətə lisenziya 10 il müddətinə veriləcək

    Lisenziyalar və icazələr haqqında qanununa dəyişiklik edilir

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda mobil rabitə xidmətləri ilə bağlı fəaliyyət növünə lisenziya 10 il müddətinə veriləcək.

    "Report"un xəbərinə görə, bununla bağlı "Lisenziyalar və icazələr haqqında" qanununa dəyişiklik təklif edilir.

    Dəyişiklik layihəsinə əsasən, "Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı"na "Sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə)" fəaliyyət növü əlavə edilir.

    Bu fəaliyyət növünə lisenziyanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 10 il müddətinə verəcək.

    Dəyişiklik layihəsi Milli Məclisin martın 7-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi