Azərbaycanda "Mobil notariat" tətbiqi istifadəçilərinin sayı 2022-ci illə müqayisədə ötən il 2-dəfə artaraq 900 minə çatıb.
Bu barədə “Report”un sualına cavab olaraq Ədliyyə Nazirliyinin Ədliyyə sahəsində Xidmətlər Baş İdarəsində notariat sahəsində aktual məsələlərlə bağlı brifinqdə Ədliyyə sahəsində xidmətlər baş idarəsinin Nəzarət-analitik iş üzrə qrup rəhbəri Leyla Bərxudarzadə bildirib.
Onun sözlərinə görə, bu tətbiqdə ikitərəfli və kirayə müqavilələrin mobil tətbiq üzərindən bağlanılması imkanı yaradılıb.
"Mobil notariat" tətbiqinin alt sistemi olan "Mobil əhali" tətbiqinə bir sıra xidmətlər əlavə olunub, bura doğum və ölümün qeydə alınması, ailə vəziyyəti, həmçinin ailə üzvləri haqqında arayışların verilməsi daxildir. Bu sistemdə şəxsin özü haqqında məlumatları dəyişmək üçün müraciət etmək mümkündür”, - L.Bərxudarzadə əlavə edib.