Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə edilib

Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə edilib Məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır
Daxili siyasət
14 İyun , 2016 16:00
Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə edilib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü növbədənkənar sessiyasının plenar iclasında Mülki Prosessual Məcəlləyə yeni maddənin əlavə edilməsi məsələsi müzakirə olunub.

Yeni maddəyə əsasən, məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlər siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək.

Dəyişiklik “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, dəyişiklik səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi