Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır

Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır Məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işləri siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək
Daxili siyasət
8 iyun 2016 14:09
Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır

Bakı. 8 iyun. REPORT.AZ/ Azərbaycanda məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işlərin sayı artırılır.

“Report”un xəbərinə görə, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddənin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə əsasən, məhkəmələrin xüsusi icraat qaydasında baxdığı işləri siyahısına şəxsin Azərbaycan vətəndaşlığını itirməsi işi də ələvə ediləcək.

Dəyişiklik “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.

Qeyd edək ki, məcəlləyə təklif edilən dəyişiklik Milli Məclisin iyunun 14-dı keçiriləcək növbədənkənar sessiyasının plenar iclasına tövsiyə olunub. 

Son xəbərlər

Orphus sistemi