Yuxarı

​Azərbaycanda məhkəmə hakimlərindən birinin səlahiyyət müddəti artırılır - FOTO

Məsələ Milli Məclisdə müzakirə olunacaq

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsinin hakimi Səriyyə Seyidovanın yenidən hakim təyin olunması təklif edilir. Milli Məclisdən (MM) “Report”a verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə qərar layihəsi daxil olub.

Prezident Səriyyə Seyid qızı Seyidovanın Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsini Milli Məclisin müzakirəsinə tövsiyə edib. Layihə MM-in sentyabrın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, S.Seyidova 1950-ci ildə Gədəbəy rayonunda anadan olub. 1978-ci ildən ədliyyə sistemində çalışır. 2007-ci ildən Bakı Apellyasiya Məhkəməsinin hakimidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi