Azərbaycanda koronavirusla bağlı testlərin sayı 392 minə yaxınlaşır

Azərbaycanda koronavirusla bağlı testlərin sayı 392 minə yaxınlaşır Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 4 801 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 391 699-a çatıb.
Daxili siyasət
493
16 İyun , 2020 23:48
Azərbaycanda koronavirusla bağlı testlərin sayı 392 minə yaxınlaşır

Bu gün Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar daha 4 801 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 391 699-a çatıb.

Bu barədə "Report"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Qeyd edək ki, iyunun 16-da Azərbaycanda koronavirus infeksiyasına daha 338 yoluxma faktı qeydə alınıb, 209 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış dörd nəfər vəfat edib.

İndiyədək ölkəmizdə 10 662 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib. 

Onlardan 5 948 nəfəri müalicə olunaraq sağalıb, 126 nəfər vəfat edib. Aktiv xəstə sayı 4 588 nəfərdir. 

Xəstələrdən 133 nəfəri reanimasiyadadır ki, onlardan da 29-u süni tənəffüs cihazına qoşulub.

Son xəbərlər

Orphus sistemi