Azərbaycanda koronavirusa yoluxanların sayı 1 098-ə çatdı

Azərbaycanda koronavirusa yoluxanların sayı 1 098-ə çatdı Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.
Daxili siyasət
3713
12 Aprel , 2020 17:00
Azərbaycanda koronavirusa yoluxanların sayı 1 098-ə çatdı

Azərbaycanda indiyə qədər koronavirusa yoluxanların sayı açıqlanıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Hazırkı dövrədək ölkəmizdə 1 098 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 250 nəfər müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 37 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Son xəbərlər

Orphus sistemi