Azərbaycanda koronavirusa yoluxan məhkumların sayı açıqlanıb.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsində 11 məhkumda, 14 saylı cəzaçəkmə müəssisəsində 5 məhkumda, 4 saylı cəzaçəkmə müəssisəsində isə 2 məhkumda testlərin nəticələri pozitiv çıxıb: “Bu şəxslərdən ikisi vaxtından əvvəl şərti azadlığa buraxılıb və TƏBİB-ə təhvil verilib”.