Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.
Daxili siyasət
5 Aprel , 2020 19:26
Azərbaycanda koronavirusa yoluxan daha 2 nəfər vəfat etdi

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a verilən məlumata görə, 1931-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı şəkərli diabet xəstəsi olmuş, 1956-cı il təvəllüdlü digər vətəndaşın anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olduğu qeyd edilib.

Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.

Xəstələrin səhhətinin stabilləşdirilməsi ilə bağlı aparılan reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür.

Son xəbərlər

Orphus sistemi