Kişilərin təhsil və səhiyyə sahəsinə cəlb edilməsi istiqamətində həvəsləndirici proqramlar hazırlanmalıdır.
“Report” xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bugünkü plenar iclasında çıxış edib.
O bildirib ki, 2022-2023-cü tədris ili üzrə keçirilmiş qəbul imtahanlarında yüksək bal intervalında nəticə göstərən abituriyentlər arasında qızlar üstünlük təşkil edib: “Təhsil və səhiyyə sahəsinə kişilərin cəlb edilməsi istiqamətində həvəsləndirici proqramların hazırlanması məqsədəuyğun hesab edilir. Xüsusilə, işə qəbul zamanı boşluqlar diqqətdə saxlanmalıdır. Çünki ali təhsil müəssisələrinə daxil olan və bitirən qızların sayı çox olduğu halda, işə qəbul prosesində oğlanlar yüksək artıma malik olurlar”.