Yuxarı
    Bağlamaq

    ​Prezidentin köməkçisi: "Siyasi partiyalar Avropa Oyunları ilə bağlı müzakirlərdən kənarda qalmamalıdırlar" - YENİLƏNİB - FOTO

    Bu gün iqtidar və müxalifət nümayəndələrinin görüşü keçirilir

    Bakı. 15 may. REPORT.AZ/ Bu gün Azərbaycan cəmiyyətini daha çox maraqlandıran, daha çox onun gündəmində dayanan məsələ Avropa Oyunlarının Azərbaycanda keçirilməsidir. "Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün iqtidar və müxalifət nümayəndələrinin görüşü zamanı bildirib.

    O qeyd edib ki, Oyunlarla bağlı bir çox məsələlər müzakirə mövzusudur: "Ümumiyyətlə Avropa Oyunlarına daxili və xarici münasibət olduğuna görə mən düşünürəm ki, siyasi partiyalar bu məsələlərin müzakirəsindən kənarda qalmamalıdırlar. Ona görə də bugünkü dialoqun gündəliyinə bu mövzunu çıxardıq".

    Ə.Həsənov bildirib ki, siyasi partiyaların və hakimiyyət nümayəndələrinin də bu görüşlərdə fərqli təklifləri ola bilər ki, bunlar da yerindəcə müzakirə edilə bilər.

    İk xəbər 10:15-də dərc olunub

    Bakıda iqtidar və müxalifət nümayəndələrinin növbəti görüşü başlayıb.

    “Report”un məlumatına görə, görüş Azərbaycan Prezidenti Administrasiyasının təşəbbüsü ilə keçirilir. 

    Tədbirdə iqtidar tərəfdən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, şöbənin müdir müavini Tahir Süleymanov, şöbənin sektor müdiri Elman Paşayev, müxalifət tərəfdən isə Ədalət Partiyasının sədri İlyas İsmayılov, Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə, Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu, Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Böyük Quruluş Partiyasının (BQP) başqanı, deputat Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) baş katibi Söhrab Abdullayev, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının (DİP) sədri, deputat Asim Mollazadə, Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə, Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri, deputat Fərəc Quliyev, Sosial Rifah Patiyasının sədri Xanhüseyn Kazımlı, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Aydınlar Partiyasının sədri Qulam Hüseyn Əlibəyli iştirak edir.

    Görüşdə Azərbaycanda keçiriləcək I Avropa Oyunları və partiyalararası əlaqələrin inkişaf perspektivləri müzakirə olunur. 

    Tədbir mətbuatın iştirakı olmadan davam etdirilir.

    Xatırladaq ki, iqtidarla müxalifət arasında sonuncu görüş fevralın 12-də keçirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi