Bakı. 9 sentyabr. REPORT.AZ/ Azərbaycanda iki yeni məhkəmə binasının açılışı olacaq. “Report”un xəbərinə görə, Sabunçu Məhkəmə Kompleksi layihəsi çərçivəsində tikilən bina istifadəyə veriləcək. Bakıxanov qəsəbəsində yerləşən həmin məhkəmə kompleksində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi və 2 saylı Bakı
Hər iki məhkəmə binasının yerləşdiyi kompleksin açılışının sentyabrın 10-da keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, Sabunçu Məhkəmə Kompleksinin layihəsi Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” Layihəsi çərçivəsində ərsəyə gəlib. Məhkəmə kompleksinin inşasına 2012-ci ildə başlanılıb.