Gəncə. 20 dekabr. REPORT.AZ/ Kəpəz (Gəncə) və Daşkəsən rayon polis şöbələrinin rəisləri vəzifələrindən azad edilib.
"Report"un Qərb bürosunun məlumatına görə, daxili işlər naziri Ramil Usubov bununla bağlı müvafiq əmr imzalayıb.
Nazirin digər əmri ilə Daşkəsən Rayon Polis Şöbəsinin rəsi Fəxrəddin Abbasov vəzifəsindən azad edilərək Ağsu Rayon Polis Şöbəsinə, Gəncə şəhərinin Kəpəz Rayon Polis Şöbəsinin rəsi Azər Tağıyev isə vəzifəsindən azad edilərək Saatlı Rayon Polis Şöbəsinə rəis təyin edilib.
Hər iki rayonun polis şöbəsinə hələlik yeni təyinat yoxdur.