​Azərbaycanda hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısı təsdiqlənib

​Azərbaycanda hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısı təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Daxili siyasət
21 Oktyabr , 2015 19:26
​Azərbaycanda hüquqi və fiziki şəxslərə qrant verə bilən qurumların siyahısı təsdiqlənib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycanda dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısı təsdiqlənib. 

"Report" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb. 

Fərmana əsasən, Nazirlər Kabineti Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir. 

Nazirlər Kabineti özünün normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat verməlidir. 

Eyni zamanda, Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir, bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Fərmanla müəyyən edilib ki, hüquqi şəxs statusuna malik olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər və digər qurumlar) “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər.

Son xəbərlər

Orphus sistemi