Azərbaycanda hədə-qorxu ilə külli miqdarda əmlak əldə edənlərlə bağlı cəza ağırlaşdırılır

Azərbaycanda hədə-qorxu ilə külli miqdarda əmlak əldə edənlərlə bağlı cəza ağırlaşdırılır Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir
Daxili siyasət
18 Oktyabr , 2017 15:56
Azərbaycanda hədə-qorxu ilə külli miqdarda əmlak əldə edənlərlə bağlı cəza ağırlaşdırılır

Bakı. 18 oktyabr. REPORT.AZ/ Azərbaycanda hədə-qorxu ilə külli miqdarda əmlak əldə edənlərlə bağlı cəza sərtləşdirilir.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, məcəllənin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsinə yeni bənd əlavə edilir.

Əlavə edilən 182.4-cü bəndə əsasən, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər və bu əməllər mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə 13 ildən 17 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Hazırda bu maddədə nəzərdə tutulan ən ağır cəzanın yuxarı həddi 15 ildir.

Son xəbərlər

Orphus sistemi