​Azərbaycanda 65 yaşlı hakimin səlahiyyət müddəti artırılır

​Azərbaycanda 65 yaşlı hakimin səlahiyyət müddəti artırılır Gülzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ müzakirə olunacaq
Daxili siyasət
288
26 Dekabr , 2014 14:39
​Azərbaycanda 65 yaşlı hakimin səlahiyyət müddəti artırılır

Bakı. 26 dekabr. REPORT.AZ/ Azərbaycanda 65 yaşlı məhkəmə hakiminin səlahiyyət müddəti artırılır. Bu barədə “Report”a Milli Məclisdən bildirilib.

Belə ki, dekabrın 30-da parlamentdə Gülzar Rzayevanın Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ müzakirə olunacaq.

Qeyd edək ki, G.Rzayeva 2010-cu ilin avqust ayının 28-dən Ali Məhkəmənin hakimi işləyir. 1950-ci il təvəllüdlü G .Rzayevanın gələn il yanvarın 13-də 65 yaşı tamam olur. "Məhkəmələr və hakimlər haqqında" qanuna əsasən 65 hakimlər üçün son yaş həddidir. Son yaş həddinə çatmış hakimin peşəkarlığından istifadə edilməsinə ehtiyac olduqda, Məhkəmə-Hüquq Şurasının təklifi ilə onun səlahiyyət müddəti 70 yaşınadək artırıla bilər.

Qiymətləndirmə nəticəsində hakimin fəaliyyətində peşəkar çatışmazlıq aşkar edilərsə onun səlahiyyətləri uzadılmır.

Son xəbərlər

Orphus sistemi