Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb

Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.
Daxili siyasət
117
27 Oktyabr , 2021 09:48
Azərbaycanda gələn il üçün məhkəmə və hüquq mühafizə sahələrinə ayrılan vəsaitin məbləği açıqlanıb

Gələn ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq orqanlarına ayrılan vəsaitin məbləği açıqlanıb.

“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.

Belə ki, 2022-ci ilin dövlət büdcəsindən məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına 2 milyard 362 milyon 101 min 755 manat vəsaitin ayrılması nəzərdə tuitulub.

Bu məbləğin 367 milyon 296 min 211 manatı məhkəmə hakimiyyəti, hüquq-mühafizə, prokurorluq sahələrinə aid edilən digər fəaliyyətlərə, 110 milyon 390 min 706 manatı məhkəmə hakimiyyətinə, 1 milyard 767 milyon 323 min 977 manatı hüquq mühafizəyə, 102 milyon 704 min 436 manatı prokurorluğa, 10 milyon manatı məhkəmə qərarlarının icrasına, 4 milyon 386 min 425 manatı hüquqi yardıma ayrılıb.

Son xəbərlər

Orphus sistemi