Yuxarı

​Azərbaycanda əksər lisenziyaların verilməsi üçün dövlət rüsumu iki dəfə azaldılıb - SİYAHI

Ümumrespublika televiziya yayımı üçün lisenziya 11000 manatdan 5500 manata endirilib

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı "Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında" fərmana əsasən, ölkədə fəaliyyət növlərinə lisenziya verilməsinə görə ödənilən dövlət rüsumlarının məbləği aşağı endirilib.

"Report" xəbər verir ki, əksər rüsumların məbləği iki dəfə azaldılıb. Bir sıra fəaliyyət növlərinə görə isə lisenziya ləğv edilib.

Bundan sonra lisenziyalar müddətsiz veriləcək. Bu fərmanın qüvvəyə mindiyi gün qüvvədə olan lisenziyalar müddətsiz hesab edilir.

Toksiki istehsalat tullantılarının-utilizasiyası və zərərsizləşdirilməsi üçün lisenziyanın verilməsi üçün tləbə olunan dövlət rüsümü 1100 manatdan 550 manata endirilib.

Bundan başqa, yabanı dərman bitkiləri xammalının yığılması üçün lisenziya 1100 manatdan 550 manata, tibb fəaliyyəti üçün lisenziya 5500 manatdan 2250 manata, əczaçılıq fəaliyyəti üçün lisensiya 5500 manatdan 2250 , Prekursorların idxalı, ixracı, tranzit nəql edilməsi və istehsalı üçün lisenziya 550 manatdan 250 manata, məktəbəqədər təhsil müəssisələri üçün lisenziya 2000 manatdan 1250 manata, ümumtəhsil müəssisələri (liseylər və gimnaziyalar daxil olmaqla), peşə məktəbləri və peşə liseyləri, orta ixtisas təhsil müəssisələri üçün lisenziya 4000 manatdan 2000 manata, ilk peşə-ixtisas təhsilini həyata keçirən ayrı-ayrı təşkilatlar, müəssisələr, əmək birjaları, məşğulluq idarələri və digər müvafiq qurumlar üçün lisenziya 3000 manatdan 2000 manata, ali təhsil müəssisələri üçün lisenziya 5500 manatdan, 2750 manata, əlavə təhsil müəssisələri üçün lisenziya 3000 manatdan 1500 manata, dini orta ixtisas təhsili müəssisələri üçün lisenziya 4000 min manatdan, 2000 manata, ali dini təhsil müəssisələri üçün lisenziya 5500 manatdan 2750 manata, telefon məftili üçün lisenziya 5000 manatdan 2500 manata, sellülar (mobil) rabitə xidmətləri (texnoloji standartın adı göstərilməklə) üçün lisenziya 11000 manatdan 5500 manata, radiotrank və simsiz telefon 5000 manatdan 2500 manata, İP-telefoniya (internet telefoniya) lisenziya 8000 manatdan 4000 manata, ölkədaxili telekommunikasiya kanallarının təşkili üçün lisenziya 5000 manatdan 2500 manata, beynəlxalq telekommunikasiya kanallarının təşkili üçün lisenziya 11000 manatdan 5500 manata, məlumatların ötürülməsi (data) üçün lisenziya 6000 manatdan 3000 manata, sürətli poçt xidməti üçün lisenziya 2500 manatdan 1250 manata, ümumrespublika televiziya yayımı üçün lisenziya 11000 manatdan 5500 manata, Bakı şəhəri üzrə televiziya yayımı üçün lisenziya 5500 manatdan 2500 manata, regional televiziya yayımı üçün lisenziya 3000 manatdan 1500 manata, ümumrespublika radio yayımı üçün lisenziya 5000 manatdan 2500 manata, Bakı şəhəri üzrə radio yayımı üçün lisenziya 2500 manatdan 1250 manata, regional radio yayımı üçün lisenziya 1000 manatdan 500 manata, əlavə informasiya yayımı üçün lisenziya 1000 manatdan 500 manata, abonentlərinin sayı 5000-dək olan kabel şəbəkəsi yayımı üçün lisenziya 3000 manatdan 1500 manata, abonentlərinin sayı 5000-dən yuxarı olan kabel şəbəkəsi yayımı 5000 manatdan 2500 manata, peyk yayımı üçün lisenziya 1000 manatdan 500 manata, xarici teleradio kanallarının peyk vasitəsilə teleradio yayımının kodlaşdırılmış qurğularla həyata keçirilməsini təmin edən fəaliyyət üçün lisenziya 1000 manatdan 500 manata endirilib.

Fərmanla digər fəaliyyət növlərinin də fəaliyyəti üçün verilən lisenziyaya görə ödənilən dövlət rüsumu azaldılıb. Bunlar aşağıdakılardır: Fond birjasının fəaliyyəti 5500 manat (11000), İnvestisiya şirkəti fəaliyyəti 2750 manat (5500), Qiymətli kağızlar bazarınınpeşəkar iştirakçılarının fəaliyyəti (broker, diler,aktivlərinidarə edilməsi, qarşılıqlı öhdəliklərin müəyyən edilməsi (klirinq), depozitar, qiymətli kağız sahiblərinin reyestrinin aparılması, qiymətli kağızlar bazarında ticarətin təşkili 2750 manat (5500), Səhmdar investisiyafondunun fəaliyyəti 5500 manat (11000), müxtəlif növ möhürlərin və ştampların hazırlanması 1100 manat (2200), bank olmayan kredit təşkilatı 550 manat (1100), poçt rabitəsinin milli operatoru 500 manat (1000), sığorta fəaliyyəti 11000 manat (22000), təkrarsığorta 11000 manat (22000), hüquqi şəxs olan sığorta agentləri 500 manat (1000), fiziki şəxs olan sığorta agentləri 200 manat (220), Radioaktiv və ionlaşdırıcı şüalar verən maddələrin tullantılarının saxlanması 550 manat (1100), Təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması 250 manat (550), Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması, istismarı, və Dağ-mədən işləri, dağ və buruq qazmalarının aparılması 1100 manat (2200), Liftlərin quraşdırılması və təmiri fəaliyyəti 250 manat (550) Attraksionların istismarı 1250 manat (2500), Qaldırıcı qurğuların, metallurgiya avadanlığının, təzyiq altında işləyən qazanların, tutumların quraşdırılması və təmiri 1250 manat (2500) təhlükə potensiallı obyektlərdə istismar olunan avadanlığın və texniki qurğuların diaqnostikası və digər texniki yoxlamaların keçirilməsi 1250 manat (2500), müəssisələrin və yaşayış məntəqələrinin müqavilə əsasında yanğınlardan qorunması 1800 manat (3600), yanğınsöndürmə texnikası məhsulunun istehsalı və satışı, sınaqlarının keçirilməsi 1800 manat (3600), yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri yanğınsöndürmə ləvazimatının, ilkin yanğınsöndürmə vasitələrinin təmiri və onlara xidmət, yanğınsöndürmə vasitələrinin keyfiyyətinin bərpası 1800 manat (3600), tikintisinə icazə tələb olunan bina və qurğuların mühəndis-axtarış işləri 550 manat (1100), Tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi 550 manat (1100), özəl baytarlıq təbabəti fəaliyyəti 150 manat (220), baytarlıq preparatlarının istehsalı 1500 manat (3000), bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı 1000 manat (2000), idxalı 500 manat (1000) və Fərdi ovçuluq təsərrüfatlarının təşkili 550 manat (1100).

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi