Yuxarı

Azərbaycanda əhalinin siyahıyaalınması 2019-cu ildə keçiriləcək

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında Fərman imzalayıb.

"Report" xəbər verir ki, Fərmana əsasən, Azərbaycanda əhalinin növbəti siyahıyaalınması 2019-cu il oktyabrın 1-10-da keçiriləcək.

Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək tapşırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi