Yuxarı

Azərbaycanda DSK sədri vəfat edib - FOTO

O, bir neçə dəfə ağır ürək əməliyyatı keçirib

Bakı. 28 mart. REPORT.AZ/ Azərbaycanda Dairə Seçki Komissiyası (DSK) sədri vəfat edib. 

"Report"un xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri Xəqani Vəliyev dünyasını dəyişib. 

X.Vəliyevin ailə üzvləri "Report"a bildirib ki, o uzun müddət ürək-damar xəstəliyindən əziyyət çəkirmiş. 58 yaşında vəfat edən X.Vəliyev bir neçə dəfə ağır ürək əməliyyatı keçirib. O, Tovuz rayonunda dəfn olunub.

Qeyd edək ki, X.Vəliyev 10 il 106 saylı Tovuz-Qazax-Ağstafa DSK-nın sədri olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi