​Azərbaycanda dövlət qurumlarından birində işçilərin sayı artırılıb

​Azərbaycanda dövlət qurumlarından birində işçilərin sayı artırılıb Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb
Daxili siyasət
10 İyun , 2015 08:20
​Azərbaycanda dövlət qurumlarından birində işçilərin sayı artırılıb

Bakı. 10 iyun. REPORT.AZ/ Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edilməsi barədə fərman imzalayıb. “Report” xəbər verir ki, fərmana əsasən, Dövlət Agentliyinin işçilərinin say həddi 492 ştat vahidi müəyyən edilib.

Qeyd edək ki, indiyə qədər Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin sayı 432 idi.

Son xəbərlər

Orphus sistemi