Azərbaycanda Dövlət Qulluğu Təlim Mərkəzi açılacaq

Azərbaycanda Dövlət Qulluğu Təlim Mərkəzi açılacaq Mərkəz BMT İnkişaf Proqramı və Avropa İttifaqının birgə layihəsi çərçivəsində açılacaq
Daxili siyasət
6 Dekabr , 2016 20:34
Azərbaycanda Dövlət Qulluğu Təlim Mərkəzi açılacaq

Bakı. 6 dekabr. REPORT.AZ/ Azərbaycanda deakbrın 8-də Dövlət Qulluğu Təlim Mərkəzinin açılışı olacaq.

BMT-nin Azərbaycandakı ofisindən "Report"a verilən məlumata görə, mərkəz BMT İnkişaf Proqramı (BMT İP) və Avropa İttifaqının birgə layihəsi çərçivəsində Azərbaycan Dövlət İdarəçilik Akademiyası ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Açılış mərasimdə BMT İP-in Azərbaycandakı rezident nümayəndəsi Qulam İshaqzai, Avropa İttifaqının səfiri Malena Mard, Akademiyanın rektoruUrxan Ələkbərov və bir sıra rəsmilər iştirak edəcək.

Xatırladaq ki, bu, BMT İP-in Dövlət İdarəçilik Akademiyası ilə birgə dövlət qulluğu ilə bağlı həyata keçirilən birinci layihə deyil.

Son xəbərlər

Orphus sistemi