Azərbaycanda dövlət orqanlarının QHT-lərə qrant verməsinin qaydaları təsdiqlənib

Azərbaycanda dövlət orqanlarının QHT-lərə qrant verməsinin qaydaları təsdiqlənib Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Daxili siyasət
21 Oktyabr , 2015 18:38
Azərbaycanda dövlət orqanlarının QHT-lərə qrant verməsinin qaydaları təsdiqlənib

Bakı. 21 oktyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. 

"Report"un məlumatına görə, fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin. 

Bundan başqa, Nazirlər Kabineti normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir. 

Nazirlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat verməlidir və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir. 

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir. 

Son xəbərlər

Orphus sistemi