Azərbaycanda dövlət orqanlarının, inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir

Azərbaycanda dövlət orqanlarının, inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına aid ediləcək
Daxili siyasət
30 Sentyabr , 2015 16:38
Azərbaycanda dövlət orqanlarının, inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir. “Report” xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər layihəsi müzakirə olunub.

Layihəyə əsasən, qanunun 8.1.1-ci maddəsinə dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycanın Ali Məhkəməsinin adı da əlavə edilib.

Bundan əlavə, qanunun 11-ci maddəsinə edilən əlavələrə görə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək.

Dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Son xəbərlər

Orphus sistemi