Azərbaycanda dini qurumların yaradılması və fəaliyyət qaydasını pozanlar böyük məbləğdə cərimələnəcək

Azərbaycanda dini qurumların yaradılması və fəaliyyət qaydasını pozanlar böyük məbləğdə cərimələnəcək Bununla bağlı yenidən hazırlanan İnzibati Xətalar Məcəlləsinə maddələr daxil edilib
Daxili siyasət
8 Dekabr , 2015 15:59
Azərbaycanda dini qurumların yaradılması və fəaliyyət qaydasını pozanlar böyük məbləğdə cərimələnəcək

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycanda dini qurumların yaradılması və fəaliyyət qaydasının pozulmasına görə cərimələr müəyyənləşib. "Report" xəbər verir ki, bu, yenidən hazırlanan İnzibati Xətalar Məcəlləsinin layihəsində əksini tapıb. 

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan layihədə qeyd olunub ki, dini qurumların müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasından onun rəhbərlərinin boyun qaçırmasına, dini yığıncaqlar, yürüşlər və digər dini mərasimlərin təşkilinin və keçirilməsinin qanunla müəyyən edilmiş qaydalarının pozulmasına, ruhanilər və dini qurumların üzvləri tərəfindən uşaqlar və gənclər üçün xüsusi yığıncaqların keçirilməsinə, habelə dini ayinlərin icrası ilə əlaqədar olmayan əmək, ədəbiyyat dərnəkləri və qrupları, digər dərnəklərin və qrupların təşkilinə, dini qurumun qeydiyyatdan keçdiyi hüquqi ünvandan kənarda fəaliyyət göstərməsinə, dini qurumun öz yaranma məqsədlərinə zidd olan fəaliyyəti həyata keçirməsinə görə fiziki şəxslər 1 500 manatdan 2 000 manatadək, vəzifəli şəxslər 7 000 manatdan 8 000 manatadək məbləğdə cərimə ediləcəklər.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Son xəbərlər

Orphus sistemi