Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycanda bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyini almaq lazım olacaq. “Report” xəbər verir ki,
Qanunun 14-cü - kütləvi informasiya vasitəsinin təsis edilməsi maddəsinə edilən əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır. Müvafiq icra hakimiyyəti orqanı dini mətbu nəşrin yaradılmasına dair rəyini bildirməlidir.
Qanuna edilən mövcud dəyişiklik səsə qoyularaq qəbul edilib.