Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb

Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsi bu gün Milli Məclisin komitələrinin iclasında müzakirə olunacaq
Daxili siyasət
2 Dekabr , 2015 11:23
Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb

Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycanda dini ekstremizmə qarşı mübarizənin gücləndirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb. "Report" xəbər verir ki, "Dini ekstremizmə qarşı mübarizə haqqında" qanun layihəsini Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Dini qurumlar və ictimai birliklər komitələri birgə hazırlayıb. 

Yeni qanun layihəsi dövlətin müvafiq qurumları üzərinə yeni vəzifələr qoyur. Layihəyə əsasən, hər hansı bir bölgədə, kənddə, əyalətdə dini ekstremizm yayılan zaman dövlətin hüquq-mühafizə orqanları dini ekstremizmə qarşı əməliyyat keçirdikdə, orada xüsusi hüquqi rejim tətbiq olunacaq. Dini ekstremizmin yayıldığı konkret bölgədə fövqəladə rejim elan olunmayacaq. Lakin bununla yanaşı, orada hüquq-mühafizə orqanlarının ictimai vəziyyətə nəzarət etməsi, yoxlama və digər tədbirlər həyata keçirilməsi üçün ərazinin hüquqi rejimi müəyyənləşdiriləcək. Həmin ərazidə Daxili Qoşunların, hüquq-mühafizə orqanlarının fəaliyyətinə qarşı hər hansı bir addımların atılması hüquqi rejimin pozulması anlamına gələcək və belə hərəkətlərə yol verənlər qanunla sərt cəzalandırılacaq. 

Qanun layihəsi bu gün parlamentdə hər iki komitənin birgə iclasında müzakirə olunacaq. Müzakirələrdən sonra layihənin Milli Məclisin dekabrın 4-də keçiriləcək plenar iclasına tövsiyə olunacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi