Yuxarı

Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında KİV-in fəaliyyətini əməliyyat aparan orqan tənzimləyəcək

“Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik ediləcək

Bakı 12 oktyabr. REPORT.AZ/ Azərbaycanda dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması zonasında kütləvi informasiya vasitələri işçilərinin fəaliyyəti əməliyyat aparan orqan tərəfindən müəyyən edilməsi təklif edilir.

“Report”un xəbərinə görə, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Kütləvi informasiya vasitələri haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, dini ekstremizm əleyhinə aparılan əməliyyat barədə məlumatlar əməliyyat aparan orqanın müəyyən etdiyi formada və həcmdə verilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi