Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsinə görə ömürlük cəza tətbiq olunacaq

Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsinə görə ömürlük cəza tətbiq olunacaq Cinayət Məcəlləsinə yeni maddə əlavə olunur
Daxili siyasət
13 Oktyabr , 2016 11:35
Azərbaycanda dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsinə görə ömürlük cəza tətbiq olunacaq

Bakı. 13 oktyabr. REPORT.AZ/ Azərbaycanda dini fanatizm və dini düşmənçilik zəminində hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və ərazi bütövlüyünün parçalanmasına görə, ömürlük cəza tətbiq olunacaq.

"Report"un xəbərinə görə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin və İctimai birliklər və dini qurumlar komitəsinin bu gün keçirilən birgə iclasında Cinayət Məcəlləsinə yeni 278.2 maddəsinin salınması təklifi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsinə əsasən, Azərbaycanın konstitusiya quruluşunun, o cümlədən onun dünyəvi xarakterinin zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına, yaxud hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlərin dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədilməsi 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulur.

Cinayət Məcəlləsinə yeni maddənin əlavə olunması təklifi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qeyd edək ki, bu layihə Milli Məclisə Azərbaycan Prezidentinin imzası ilə daxil olub.

Son xəbərlər

Orphus sistemi