Yuxarı

Azərbaycanda dilənçiləri rayonlarda işlə təmin etmək təklif olunur

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı təklif irəli sürüb

Bakı. 7 mart. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov dilənçilərlə bağlı təklif irəli sürüb.

R.Cəbrayılov "Report"a açıqlamasında deyib ki, dilənçilərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi real görünmür: "Dilənçilik-avaraçılıqla bağlı inzibati məsuliyyət mövcuddur. Dilənçiliyə cəlbetmə ilə bağlı cinayət məsuliyyəti var. Bundan artıq sərt tədbir görməyi düşünmürəm. Bu insanları inzibati qaydada cərimələsən də, rayona göndərsən də, yenə də gəlirlər. Bunun üçün başqa çıxış yolları tapmaq lazımdır. Qanunvericiliyi sərtləşdirməklə nəyəsə nail olmaq olmaz. İnzibati metodları işə salmağı təklif edirəm. Yəni onları məskunlaşdıqları rayona göndərmək və orada işlə təmin etmək lazımdır".

Millət vəkili vurğulayıb ki, bu hal "Bakı 2015" I Avropa Oyunları zamanı Azərbaycana başucalığı gətirməyəcək: "Qonaqların Azərbaycana gəlişi ilə dilənçilər üçün "iş mövsümü" başlayır. Variantlardan biri bunların "qaraçı" kimi təqdim olunmasıdır. Yəni qaraçılar dünyanın hər yerində var. Bir neçə il öncə Fransadan 20 mindən artıq qaraçı deportasiya edildi. Bu yöndə təbliğat işləri aparılmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi