​Azərbaycanda Dilbaz atı cinsi inkişaf etdiriləcək

​Azərbaycanda Dilbaz atı cinsi inkişaf etdiriləcək Kənd Təsərrüfatı Nazirliyinə 11,6 milyon manat ayrılıb
Daxili siyasət
21 Avqust , 2015 18:15
​Azərbaycanda Dilbaz atı cinsi inkişaf etdiriləcək

Bakı. 21 avqust. REPORT.AZ/ Prezident İlham Əliyev “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. “Report”un xəbərinə görə, sərəncam Azərbaycan Respublikasında heyvan mənşəli məhsulların istehsalını artırmaq, mal-qaranın cins tərkibini yaxşılaşdırmaq, süni mayalanma tədbirlərinin həyata keçirilməsini sürətləndirmək və yerli at cinslərinin damazlıq özəyini qorumaq üçün seleksiya-damazlıq işlərinin elmi əsaslarla aparılmasını daha da təkmilləşdirmək məqsədilə verilib.

Sərəncama əsasən, Kənd Təsərrüfatı Nazirliyinə 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 5,8 milyon manat, o cümlədən Respublika Süni Mayalanma Mərkəzinin müasir tələblərə uyğun yenidən qurulması üzrə işlərin başa çatdırılması və mərkəzin zəruri avadanlıqlarla təchiz edilməsi üçün 2,8 milyon manat, Qarabağ atı cinsinin inkişaf etdirilməsi üzrə həyata keçirilən tədbirlərin yekunlaşdırılması üçün 1,5 milyon manat və Dilbaz atı cinsinin inkişaf etdirilməsi ilə bağlı tədbirlərin görülməsi üçün 1,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi