Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib

Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.
Daxili siyasət
26 Avqust , 2021 09:13
Azərbaycanda Dairə Seçki komissiyalarına yeni sədrlər, müavinlər və katiblər seçilib
0 : 00
0 : 00

Respublika üzrə Dairə Seçki Komissiyalarına (DSK) yeni sədrlər, müavinlər və katiblər seçilib.

"Report"un əldə etdiyi məlumata görə, bu barədə DSK-ların iclaslarında qərar qəbul edilib.

Bununla da DSK-ların formalaşması rəsmiləşdirilib.

Qeyd edək ki, DSK-ların formalaşmasının rəsmiləşdirilməsi müddəti avqustun 25-dək idi.

Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına uyğun olaraq, 125 seçki dairəsinə 1 125 üzv təyin edilib.

Son xəbərlər

Orphus sistemi