Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Daxili siyasət
16101
14 İyun , 2020 19:19
Azərbaycanda daha 387 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Azərbaycanda 387 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 274 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Qeyd olunub ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 9 957 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 5 583 nəfər müalicə olunaraq sağalıb, 119 nəfər vəfat edib, 4 255 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Bu gün 6 087 koronavirus testi aparılıb.

Hazırkı dövrədək ölkəmizdə yeni yoluxma hallarının müəyyənləşdirilməsi üçün ümumilikdə 381 846 test aparılıb.

Son xəbərlər

Orphus sistemi