Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.
Daxili siyasət
27 Yanvar , 2021 16:17
Azərbaycanda daha 226 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda son sutkada koronavirusa 226 yeni yoluxma faktı qeydə alınıb, 601 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 5 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 717 nəfər müalicə olunaraq sağalıb, 3 105 nəfər vəfat edib. Hazırda 4 762 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 458, bu günə qədər isə ümumilikdə 2 380 074 test icra olunub.

Son xəbərlər

Orphus sistemi