Azərbaycanda daha 142 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda daha 142 nəfərdə koronavirus aşkarlanıb Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.
Daxili siyasət
29 Yanvar , 2021 17:34
Azərbaycanda daha 142 nəfərdə koronavirus aşkarlanıb

Azərbaycanda son sutkada koronavirusa 142 yeni yoluxma faktı qeydə alınıb, 399 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada 6 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 935 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 222 553 nəfər müalicə olunaraq sağalıb, 3 119 nəfər vəfat edib. Hazırda 4 263 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 342, bu günə qədər isə ümumilikdə 2 394 476 test icra olunub.

Son xəbərlər

Orphus sistemi