Azərbaycanda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlər elektron nəzarət vasitəsi ilə nəzarətdə olacaqlar

Azərbaycanda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlər elektron nəzarət vasitəsi ilə nəzarətdə olacaqlar Bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik edilir
Daxili siyasət
28 Sentyabr , 2017 18:05
Azərbaycanda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlər elektron nəzarət vasitəsi ilə nəzarətdə olacaqlar

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilənlər elektron nəzarət vasitəsi ilə nəzarətdə olacaqlar.

“Report”un xəbərinə görə, bununla bağlı Cinayət Məcəlləsində dəyişiklik ediləcək.

Məcəlləyə 52-1-ci (Azadlığın məhdudlaşdırılması) maddəsi əlavə edilir. Yeniliyə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmaqla yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir. Azadlığın məhdudlaşdırılması cəzası məhkum edilmiş şəxs elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət göstərməlidir.

Məcəllənin 76-cı (Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə) maddəsinə əsasən, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq olunarkən məhkəmə tərəfindən onun üzərinə qoyulmuş vəzifələri yerinə yetirməkdən mütəmadi, yaxud qərəzli olaraq boyun qaçırdıqda və ya ictimai qaydanı pozduğuna görə barəsində inzibati tənbeh tətbiq edildikdə, məhkəmə şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi və cəzanın çəkilməmiş hissəsinin icra olunması haqqında qərar çıxara bilər.

Dəyişikliyə əsasən, elektron nəzarət vasitəsini gəzdirməkdən imtina etdikdə, onu zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət etmədikdə də bu cəza tətbiq olunacaq. 

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olmuş dəyişiklik layihəsi deputatların müzakirəsinə verilib.

Son xəbərlər

Orphus sistemi