Azərbaycanda bu il 20 mindən çox əcnəbi qanunvericiliyin tələblərini pozub

Azərbaycanda bu il 20 mindən çox əcnəbi qanunvericiliyin tələblərini pozub Sahibkarlıq subyektlərində 168 yoxlama aparılıb
Daxili siyasət
17 Oktyabr , 2015 15:00
Azərbaycanda bu il 20 mindən çox əcnəbi qanunvericiliyin tələblərini pozub

Bakı. 17 oktyabr. REPORT.AZ/ Bu ilin 9 ayı ərzində Azərbaycanda qalma müddətinə müvafiq olaraq 541 047 nəfər olduğu yer üzrə qeydiyyata alınıb. "Report" xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev qurumun 9 ayın yekunlarına həsr olunan xidməti müşavirəsində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 9 ay ərzində 20 589 əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən ölkə ərazisində olma, müvəqqəti və daimi yaşama qaydalarına əməl edilməməsi, habelə etibarsız sənədlərlə yaşama hallarına görə inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən olunub.

F.Nəbiyev qeyd edib ki, əcnəbi işçi qüvvəsindən istifadəni tənzimləyən qaydalara riayət edilməsinə dövlət nəzarətini həyata keçirən bir orqan kimi sahibkarlıq subyektlərində 168 yoxlama aparılıb: "123-də inzibati pozuntu aşkarlanıb və qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Əvvəlki illərdə olduğu kimi, bu il də kadr işinin düzgün təşkili və onların fəaliyyətlərinin qiymətləndirilməsi istiqamətində bir sıra səmərəli tədbirlər həyata keçirilib. 222 əməkdaşın əməyi fərqləndirilib".

Son xəbərlər

Orphus sistemi