Yuxarı

Azərbaycanda bir neçə partiya blok yaradılması ilə bağlı razılığa gəlib

Bu gün Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı keçirilib

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu gün Siyasi Partiyaların Demokratiya və İnsan Haqları Mərkəzinin növbəti toplantısı keçirilib.

Azadlıq Partiyasının sədri Əhməd Orucun "Report"a verdiyi məlumata görə, iclasda parlament seçkilərində iştirakla əlaqədar əməkdaşlıq məsələsi müzakirə edilib. Müzakirələrin yekununda qurumda təmsil olunan partiyaların əksəriyyəti parlament seçkilərində iştirakla əlaqədar blok yaradılması ilə bağlı razılığa gəliblər. Bəzi partiyalarda seçkilərlə bağlı müzakirələr yekunlaşmadığından blok yaradılması ilə əlaqədar razılığa gələn partiyaların da adları açıqlanmır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi