Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı

Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb.
Daxili siyasət
30 Aprel , 2020 18:29
Azərbaycanda bir nazirlikdə koronavirusa görə müavinlərin sayı artırıldı

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı artırılıb. 

"Report" xəbər verir ki, bu addım Naxçıvan Muxtar Respublikasında koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin daha operativ təşkilini təmin etmək məqsədi daşıyır.  

Eyni zamanda Səhiyyə Nazirliyində 3 ştat vahidindən ibarət Sanitar epidemioloji nəzarət sektoru yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun imzaladığı sərəncamla Zeynəb Natiq qızı Mustafayeva Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini təyin olunub.

Bununla da Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavinlərinin sayı 2-yə çatıb.

Qeyd edək ki, Z.Mustafayeva bundan əvvəl Naxçıvan Şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi