Yuxarı

Azərbaycanda bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq

“Dövlət rüsumu haqqında” qanununa dəyişiklik edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Azərbaycanda akvakultura subyektlərinin hazırladığı bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulacaq.

“Report”un xəbərinə görə, Milli Məclisin bu gün keçirilən payız sessiyasının ilk iclasında “Dövlət rüsumu haqqında” qanununa dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi qanuna 18.69-cu maddəsinin əılavə edilməsi ilə bağlıdır. Əlavə maddəyə əsasən, akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə 50 manat dövlət rüsumu tutulacaq.

Məsələ səsə qoyularaq qəbul edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi