Yuxarı
    Bağlamaq

    Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanun layihəsinə dəyişiklik edilir

    Layihə parlamentin plenar iclasına tövsiyə olunub

    Bakı. 2 mart. REPORT.AZ/ Azərbaycanda “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklik edilir.

    “Report”un xəbərinə görə, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında bununla bağlı müzakirələrə aparılıb.

    Layihəyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların müraciəti əsasında, 1 gündən gec olmayaraq arayış verməlidirlər. Əvvəlcə bu müddət 5 gün idi.

    Layihə parlamentin plenar iclasına tövsiyə olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi